Marşal
marşallıq
OBASTAN VİKİ
Marşall adaları
Marşall Adaları Respublikası — 1986-cı ilə qədər ABŞ-nin qəyyumluğu altında olmuşdur. Respublikanın ərazisində 34 mərcan adası, 1150 digər adalar daxildir. Onlardan yalnız 20-də yaşayış vardır. Arxipelağın ümumi sahəsi 181 km². Əhalinin sayı-təxminən 59 min nəfərdir (2015-ci il). Paytaxtı — 20 minlik Macuro şəhəridir. == Tarixi == ABŞ ilə assosiasiya edilmiş dövlətçiliyə malikdir. 1990-cı ildə BMT-yə üzv olub.
Marşall adaları himni
Əbədi olaraq Marşall adaları — Marşall adalarının dövlət himnidir. Sözlərinin müəllifi və bəstəkarı keçmiş prezident Amata Kabuadır. 1991-ci ildə təsdiq olunub. == İngiliscə sözləri == My island (heart) lies o'er the ocean; Like a wreath of flowers upon the sea; With a (the) light of Maker from far above; Shining the with the brilliance of rays of life; Our Father's wondrous creation; Bequeathed to us, our Motherland; I'll never leave my dear home sweet home; God of our forefathers protect and bless forever Marshall Islands. == Marşallca sözləri == marş. Aelōn̄ eo ao ion lometo; Einwot wut ko lōti ion dren elae; Kin meram in Mekar jen ijo ilan̄; Erreo an romak ioir kin meram in mour; Eltan pein Anij eweleo im wōj; Kejolit kij kin ijin jikir emol; Ijjamin Ilok jen in aō lemoran; Anij an ro jemem wonakke im kejrammon Aelin̄ kein am. == Azərbaycanca tərcüməsi == Mənim adam (ürəyim) okean üzərində yerləşir; Dəniz üzərində gül əklili kimi; Çox yuxarıdan yaradıcısının bir işığı ilə; Həyat şüalarının parıltısı ilə parıldayır; Bizim Atamızın dizayn möcüzəsi; Bizə miras qalan, bizim Anavətən; Mən əziz evimi şirin evimi heç vaxt tərk etməməyəcəyəm; Bizim ata-babalarımızın Allahı əbədi olaraq Marşall adalarını qoru və bərəkətli et.
Alfred Marşall
Alfred Marşal (ing. Alfred Marshall; 26 iyul 1842[…], London – 13 iyul 1924[…], Kembric[…]) ingilis iqtisadçı və öz vaxtının ən təsiredici iqtisadçılarından biri olmuşdur. Neoklassik iqtisadiyyatın tamamlayıcısı kimi tanınır. Onun "İqtisadiyyatın Prinsipləri" (1890) kitabı İngiltərədə üzün müddət dərslik kimi istifadə olunub. O, tələb və təklif, marjinal fayda və istehsalın xərcləri anlayışlarını qaydaya salınmış halda təqdim edir. == Həyatı == 1842-ci ilin iyulun 26-da Bermondsey, London, İngiltərədə anadan olmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində mə'lum olduğu kimi dünya kapitalist iqtisadiyyatında ciddi dəyişikliklər baş verdi. Kapitalizm öz fərdi fəaliyyətini genişləndirib, ictimai xarakter almağa başladı. Belə şəraitdə baş verən iqtisadi hadisələrə klassik yanaşmaq metodundan fərqli olaraq, yeni yanaşma metodları baş verdi. İqtisadi hadisələr təkcə əmək-dəyər baxımından deyil, subyektiv psixoloji və faydalılıq baxımından qiymətləndirilməyə başladı.
Berri Marşall
Berri Marşall — avstraliya alimi, 2005-ci ildə həmyerlisi Robin Uorrenlə birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Corc Marşall
Corc Ketlet Marşall (31 dekabr 1880[…] – 16 oktyabr 1959[…], Vaşinqton) — Amerika əsgəri və dövlət xadimi. Prezidentlər Franklin Delano Ruzvelt və Harri Trumenin yanında Baş qərargah rəisi olmaq üçün Birləşmiş Ştatlar Ordusundan keçdi, sonra Trumenin yanında ABŞ dövlət katibi və Müdafiə katibi vəzifələrini tutdu. Vinston Çörçill Marşallı İkinci Dünya Müharibəsindəki Müttəfiq qələbəsinə rəhbərliyi üçün "qələbənin təşkilatçısı" olaraq təriflədi, baxmayaraq ki, Marşall sonuncu liderlik mövqeyindən imtina etdi, daha sonra ABŞ prezidenti olan Duayt Eyzenhauerin köməkçisi olaraq getdi. Müharibədən sonra, dövlət katibi olaraq, Marşall ABŞ-nin müharibədən sonra Qərbi Avropa dövlətlərinin bərpası üçün əhəmiyyətli olan iqtisadi və siyasi öhdəliyi müdafiə etdi, o cümlədən onun adını daşıyan Marşall Planını hazırladı. Bu işin tanınması ilə, 1953-cü ildə Nobel sülh mükafatına layiq görüldü. Yuniontaun, Pensilvaniya ştatında anadan olan Marşall, 1901-ci ildə Virciniya Hərbi İnstitutunu (VMI) bitirib. Virciniyadakı, Danville Hərbi Akademiyasında tələbələrin komendantı olaraq qısa müddətə xidmət etdikdən sonra, Marşall, 1902-ci ilin fevralında ikinci piyada leytenantı oldu. İspan-ABŞ müharibəsindən sonrakı illərdə, ABŞ-də və xaricdə artan rütbə və məsuliyyət vəzifələrində xidmət etmiş, o cümlədən Filippin-Amerika müharibəsi zamanı Filippində taqım komandiri və rota komandiri vəzifələrində çalışmışdır. 1907-ci ildə piyada-süvari məktəbi kursunun fəxri məzunu,1908-ci ildə ordu heyəti kolleci sinifinin ilk məzunu oldu. 1916-cı ildə Marşal Franklin Bellə adyudant, Qərb cəbhəsinin komandiri təyin edildi.
Marşall dili
Marşall dili (Marşallca: Kajin M̧ajeļ və ya köhnə orfoqrafiya ilə Kajin Majõl [1] Arxivləşdirilib 2010-11-22 at the Wayback Machine) Malay-Polineziya dillərinə aid olan və Marşall adalarında danışılan dildir. İki əsas dialekti var: Ralik (qərbi) və Ratak (şərqi).
Marşall sarılıqotu
Marşall sarılıqotu (lat. Erysimum marschallianum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Qarri Marşall
Garry Kent Masciarelli (ing. Garry Marshall; 13 noyabr 1934) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Marşall Obrian Mozes
Abako adaları
Abako adaları (ing. Abaco Islands) — Baham adalarının şimal hissəsində adalar qrupu. Əsas adalar Böyük Abako və Kiçik Abakodur. Sahəsi 1,681 km2, əhalisi 16,692 nəfərdir.
Akteon adaları
Akteon adaları (fr. Groupe Actéon) — Tuamotu arxipelaqının cənub hissəsində yerləşən adalar qrupu (Fransa Polineziyası). Manqareva atollundan 225 km məsafədə yerləşir. == Coğrafiya == == Tarixi == Akteon adaları ilk dəfə 1606-ci ildə portuqal əsilli ispan dənizçisi və səyyahı Pedro Fernandes Kiros tərəfindən kəşf edilmişdir. O, adaları kokos palmalı ağacları olan olaraq təsvir edir. Göyərtə qeydlərində onlar bu cür təsvir edilir: «Cuatro Coronadas», «Cuatro Hermanas» (dörd bacı) və «Anegadas» (su basmış). Adalar 1983-cü ildə baş vermiş siklondan əziyyət çəkmişdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Aland adaları
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Aleksandr adaları
Aleksandr adaları — Frans-İosif Torpağına daxil olan 5 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Adalar arxipelaqın şimalında, Cekson adasının şimalında yerləşir. 5 km cənubda isə Pontremoli adaları qərarlaşır. == Xüsusiyyətləri == Arxipelaqa daxil olan ən iri adanın hündürlüyü 46 metrdir. Diametri isə 900 metr. Digərlərinin uzunluğu 100 metri keçmir. Digərlərində yüksəklik yoxdur. Onlar buzdan azaddır. Adalar Avstriya-Macarıstan imperator və hərb naziri, 1872–1874-cü illər ekspedisiyasını maliyyələşdirən Aleksandr fon Krobatininin şərəfinə adlandırılmışdır.
Aleut adaları
Aleut adaları (ing. Aleutian Islands) — Alyaska yarımadasının cənub-qərb ucundan Kamçatka yarımadasının ətəyinə qədər qövs əmələ gətirən vulkanik mənşəli arxipelaq. Adalar Berinq dənizinin cənub sərhəddidir. ABŞ-nin Alyaska ştatının tərkibindədir. == Coğrafiyası == Arxipelaq 110 adadan və çoxlu qayalardan ibarətdir. Ümumi sahəsi 17,7 min km²-dir. Arxipelaq 5 qrupa bölünür: 1) Near adaları - Attu adası, Aqattu adası və Semiçi adaları. 2) Siçovul adaları- Buldır, Kıska, Balaca Kıska, Sequla, Siçovul, Xvostov adası, Piramida, Davıdov adası, Kiçik Sitkin, Amçitka, Yeddiçəkməli adalar 3) Andreyanov adaları: Qarelıy, Kanaqa, Kaqalaska, Adak, Tanaqa, Atka adası, Amlya, Siquam və s. 4) Dörd Dağ adaları: Amukta, Çaqulak, Yunaska, Qerbert, Karlayl, Çuqinadak, Uliaqa və Kaqamil adaları. 5) Tülkü adaları: Unimak, Akutan, Unalaşka, Umnak və Din xadimi adası.
Amakusa adaları
Amakusa adaları (yap. 天草諸島) — Kyuşu adasının qərb sahili yaxınlığında Şərqi Çin dənizində yerləşən yapon arxipelaqı. İnzibati cəhətdən Kumamoto və Kaqoşima prefekturalarına aiddir. Arxipelaqda ümumi sahəsi təxminən 900 km² olan 70-ə yaxın ada var.
Amami adaları
Amami (yap. 奄美群島) — Sakit okeanda, Nansey arxipelaqına daxil olan adalar qrupu. Ryukyu adalarından fərqli olaraq Okinava prefekturasına deyil Kaqoşima prefekturasına daxildir. Əhalisi Ryuku dilinin dialektində danışır. == Coğrafiyası == Amami arxipelaqı ümumilikdə 13 adadan ibarətdir: Oşima adası (奄美大島) Üdatekkuşima (枝手久島) Kikayşima (喜界島) Kakaeromaşima (加計呂麻島) Eniyabanareşima (江仁屋離島) Sukoimocima (須子茂島) Yoroşima (与路島) Ukecima (請島) Kiyamaşima (木山島) hamyyaşima (ハンミャ島) Tokunoşima (徳之島) Okinoerabu (沖永良部島) Yoronşima (与論島), həçmcinin bir necə qayalıq. Adalarda hazırda belə unikal endemik calıları müşahidə etmək olar: Dırmanan dovşan (lat. Pentalagus furnessi) və Amami çilingdimdyi (lat. Scolopax mira). == Tarixi == 1945 - 1953-ci illər arası adalar ABŞ işğalında olmuşdur. 1953-cü ilin milad bayramı günü ABŞ daları Yaponiyaya qaytarmışdır.
Amindivi adaları
Amindivi adaları (ing. Amindivi Islands) — Hind okeanında Hindistana məxsus olan adalar qrupu. Lakşadvil müttəfiq ərazisinə daxildir. == Coğrafiya == Amindivi adaları Lakkadiv adalarından şimalda yerləşir. Arxipelaqa atollar, 3 rif və 4 bankə daxildir. Amindivi adaları həmcinin sutka ərzində rekord miqdarda yağıntının düşməsi ilə tarixə keçmişdir. 6 may 2004-cü ildə adalara 1168 mm yağıntı düşmüşdür. == Tarix == Oda məlumdur ki, 1498-ci ildə Vasko da Qama adalarda olmuşdur. == Əhalisi == Adalarda 18 876 nəfər yaşayır (2001). Əhalinin 7340 nəfəri Amini adasında cəmlənmişdir.
Andaman adaları
Andaman adaları (ing. Andaman Islands) — Hind okeanınında yerləşən və Hindistan ilə Myanma arasında yerləşən arxipeleaq. Hindistanın birləşmiş ərazisidir. Nikobar adaları ilə birlikdə 204 adadan ibarətdir. Adsların ümumi sahəsi 6408 km² təşkil edir. Adalarda hal-hazırda 343 125 (2011) nəfər insan yaşayır. Onlardan cəmi 500 nəfəri yerli əhalidir. Cənubdan Nikobar adalarından Onuncu Dərəcə boğazı ilə ayrılır. Adaların və inzibati bölgənin ən iri şəhəri Port-Blerdir. Şəhərdə hal-hazırda 100,608 nəfər yaşayır.
Antil adaları
Antil adaları (isp. Antillas) - Karib dənizi və Meksika körfəzi suları ilə yuyulan, Şimali Amerika və Cənubi Amerika arasında yerləşən adalar qrupu. == Ümumi məlumat == Arxipelaqın sahəsi 228 662 km², əhalisi 42 mln. təşkil edir. Böyük Antil adalarına (Kuba, Haiti, Yamayka, Puerto-Riko) və Kiçik Antil adalarına (Virciniya adaları, Küləktutan adalar, Küləktutmayan adalar, Trinidad, Tobaqo və Barbados adaları) ayrılır. Antil adalarında Antiqua və Barbuda, Barbados, Haiti, Qrenada, Dominika, Dominikan Respublikası, Kuba, Sent-Vinsent və Qrenadina, Sent-Lüsiya, Sent-Kits və Nevis, Trinidad və Tobaqo, Yamayka dövlətləri, həmçinin Böyük Britaniya, ABŞ, Fransa və Niderlanda məxsus ərazilər yerləşir. Adaların bir hissəsi Venesuelanın tərkibindədir. == Coğrafiyası == Adalar materik və vulkan mənşəlidir. Səthinin çox hissəsi dağlıqdır (maksimum hündürlüyü təqribən 3175 m); düzənliklər, əsasən, Kuba və Haitinin cənub-şərq hissəsində, həmçinin Virciniya və Küləktutmayan adalardadır. Vulkan mənşəli adalar Küləktutan adalar arxipelaqında üstünlük təşkil edir (fəaliyyətdə olan vulkanlar var.
Antipodov adaları
Antipod adaları (ing. Antipodes Islands) — Sakit okeanın cənubunda qayalıqlardan ibarət məskunlaşmamış xırda adalar qrupu. Adalar Yeni Zelandiyanın cənub-şərqində yerləşir və ing. Area Outside Territorial Authority tərəfindən idarə edilir. Antipod adaları UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir == Coğrafiyası == Adaların sahəsi 20,97 km² təşkil edir. Qrinviç meridianından (51o31′ şm.e.) tam əks tərəfdə yerləşdiyinə görə (49o41′ c.e., 178o43′ ş.u.) bu ad verilmişdir. Arxipelaqa daxil adalar: Antipodov adası (20 km²) (49°41′ c. e. 178°47′ ş. u.), Bollans adası (2 km²) (49°38′42″ c.
Avrora adaları
Avrora adaları — Cənubi Georgiya və Folklend adaları arasında ehtimal olunan kabus ada. Adalar ilk dəfə 1762-ci ildə kəşf edilmişdir. 1794—1870-ci illər ərzində 52°37' c.e və 47°49' q.u göstərilirdi. Adalar haqqında son məlumatlar 1856-ci ilə aiddir. Sonradan adalar aşkarlanmamışdır. Bu adaların həqiqətəndə mövcud olub olmaması dəqiq bilinmir. Ola bilsin ki, ada zənn olunan obyekt ya aysberq ya da atmosfer hadisəsi olmuşdur. Belə düşünülür ki, bu adalar Şaq qayalıqlarıdır. == Açılış tarixi == 1762 — İspaniyaya məxsus olan «Avrora» gəmisi Limadan Kadis istiqamətində üzərkən Cənubi Georgiya yolunun üzərində, Folklend adalarından cənub-şərqdə üç adanı kəşf etmişdir. Adalar adanın şərəfinə adlandırılmışdır.
Aynov adaları
Aynov adaları (rus. Айновские острова) — Barens dənizinın Varanger-Fiord körfəzində yerləşir. İnzibati cəhətdən Murmansk vilayətinın Peçenq rayonu ərazisində yerləşir. Arxipelaq iki adadan ibarətdir Böyük Aynov və Kiçik Aynov. Srednıy yarımadasından 5 km şimalda yerləşir. Adalar arasında dərinliyi 17 metr olan boğaz vardır. Adalarda dəniz quşlar kütləvi şəkildə yuva qururlar. Adalar Kandalaş qoruğu ərazisinə daxildir. 1920–1944-cü illərdə ərazi Finlandiyaya məxsus olmuşdur.
Ayu adaları
Ayu adaları (ind. Kepulauan Ayu) — iki adadan ibarət olan qrup. İnzibati baxımından İndoneziyanın Qərbi Papua vilayətinin Raja Ampat adaları dairəsinə daxildir. Adalar qrupu iki mərcan atolundan ibarətdir. Ən hündür nöqtəsi 106 metrdir Bu adaların sahillərində Dərili tısbağalar yumurta qoyur (lat. Dermochelys coriacea).
Azor adaları
Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq. == Məlumat == Azor adaları Portuqaliyada inzibati ərazidir (muxtar rayon). Paytaxtı Ponta-Delqada (San-Migel adası) dır. Ada Lissabon şəhərindən 1,500, Şimali Amerikadan sahillərindən 3,900 km məsafədə yerləşir. Azor adaları yüksək təzyiq sahəsindədir (Azor antisiklonu). Səthi hündürlüyü 2351 metrədək (Piku dağı) olan dağlıqdır. Burada tez-tez zəlzələlər olur. Çoxsaylı termal və mineral su bulaqları var. İqlimi subtropikdir.
BES adaları
Karib Niderlandı (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-Estatius və Saba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar. == Statistika == == İqtisadiyyatı == === Pul vahidi === 1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş Kürasao və Sint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçir. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır. == İqlimi == Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır.